Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri

Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarında tədris prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq  əmr edirəm:

1. Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planı və “Tədris (məşğələ) planına dair qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr). 

2. Elm və Təhsil Nazirliyi Aparatının İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmasını təmin etsin.

3. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.    

 

Firudin QURBANOV,
Azərbaycan Respublikasının elm və təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, 
nazir müavini  
10 avqust 2022-ci il
F-479