Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “II Bakı Elm Olimpiadası”nın keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdlərinin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – İdarə) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinın Azərbaycan və rus bölməsi üzrə 8-9-cu sinif şagirdləri arasında “II Bakı Elm Olimpiadası” keçirilsin.

2. Olimpiadaya dair Təlimat, Təşkilat Komitəsinin tərkibi və Ekspert qrupu təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil sektoru (Fuad Babayev) və Təlimə Dəstək Mərkəzi (İlkin Həsənov) olimpiada ilə bağlı təşkilati işləri həyata keçirsin.

4. Ümumi təhsil müəssisələrinin rəhbərləri olimpiadanın təqdim olunan Təlimata uyğun olaraq yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.  

5. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) bu əmrdən irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Səccət Mahmudov) bu əmrdən irəli gələn təchizat məsələlərini həll etsin.

7. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavələrlə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və olimpiadaya dair Təlimatın İdarənin rəsmi internet saytında yerləşdirilməsini və olimpiadanın kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.    

9. Əmrin icrasına nəzarət müdir müavini Xəyalə Əhmədzadəyə həvalə edilsin.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

30 yanvar 2023-cü il

                                                                                        № 24F


Təlimat