Ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən 2026–2027-ci tədris ili üçün tədris planları təsdiq edilib.
Tədris planları ümumi təhsilin müxtəlif səviyyələri üzrə tədris ediləcək fənləri, onların həftəlik dərs yükünü və tədris prosesinin təşkili ilə bağlı əsas məsələləri müəyyən edir.