“Beynəlxalq fənn olimpiadalarında hazırlıq işlərinin təşkili” barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

“Beynəlxalq fənn olimpiadalarında hazırlıq işlərinin təşkili” barədə Azərbaycan Respublikasının Təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.“Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” Azərbaycan Respublikasının Təhsil nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2.“Azərbaycan Respublikasının ümümtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən beynəlxalq fənn olimpiadalarının siyahısı” nın təsdiq edilməsi nəzərə alınsın.

3.Bakı şəhərinin ümumi təhsil müəssisələrindən Beynəlxalq fənn olimpiadalarında iştirak edəcək şagirdlərin seçiminin həyata keçirilməsi və hazırlıq işlərinin təşkili məqsədilə aşağıdakı tərkibdə işçi qrup yaradılsın:

Məhəbbət Vəliyeva, BŞTİ-nin müdir müavini               - sədr

Nərgiz Səfərova, BŞTİ-nin müdir müavini                     - üzv

Məmmədəli Kəsəmənli, BŞTİ-nin müdir müavini        - üzv

Lamiyə Şərəfxanova, sektor müdiri                                - üzv

Arzu Tairquliyeva, sektor müdiri                                      - üzv

4.İşçi qrupuna tapşırılsın:

4.1.şəhərin ümumtəhsil məktəblərindən beynəlxalq fənn olimpiadalarına hazırlıq mərhələsində iştirak edəcək şagirdlərin seçilməsini və yekun siyahının 20.10.2015-ci il tarixədək Nazirliyin Təşkilat komitəsinə təqdim olunmasını;

4.2.Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü respublika liseylərinin nəzdində təşkil edilmiş beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzlərində fəaliyyət göstərəcək hazırlıq qruplarına seçilmiş şagirdlərin cəlbini təmin etsin.

5. Fənn müsabiqələrinin tabeliyindən asılı olmayaraq Bakı şəhərində fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinin VII və VIII sinif şagirdləri arasında keçirilməsi nəzərə alınsın.

6. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektoruna (A.Yusifov) tapşırılsın:

6.1. fənn müsabiqələrində VII sinif şagirdlərinin riyaziyyat, VIII sinif şagirdlərinin isə fizika, kimya və biologiya fənləri üzrə iştirakını təşkil etsin;

6.2. fənn müsabiqələrinin üç mərhələdə-noyabr, dekabr və 2015-ci ilin yanvar aylarında təşkili ilə əlaqədar müvafiq hazırlıq işlərinin görülməsini, məktəblərin tədbirlə bağlı məlumatlandırılmasını, şagirdlərin müəyyən edilməsini, müsabiqənin keçiriləcəyi təhsil müəssisələrinin təyin edilməsini təmin etsin;

6.3. fənn müsabiqələrinin müəyyən edilmiş mərkəzlərdə keçirilməsini, nəticələrin yerlərdə yoxlanılmasını və iştirakçılara elan olunmasını təşkil etsin;

6.4. fənn müsabiqələrində şagirdlərə təqdim olunacaq sual kitabçalarının həm Azərbaycan, həm də rus dilində şagirdlərin sayına uyğun çoxaldılmasını təmin etsin;

6.5. müsabiqə qaliblərinin Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada mükafatlandırılmasını təmin etsin.

7. Ümumtəhsil müəssisələrinin aşağı (VI-VIII siniflər) və yuxarı yaş qrupları (IX-XI siniflər) arasından namizədlərin seçim turlarının təşkili Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (L.Şərəfxanova) tapşırılsın.

8. Maliyyə sektoru (E. Mehdiyeva), Təminat və təhcizat sektoru (Ş.İsgəndərov) şəhər üzrə fənn müsabiqələrinin keçirilməsini işinin təşkilindən irəli gələn maliyyə və təchizat məsələlərini həll etsinlər.

9.İnkişaf layihələri sektoru (L.Şərəfxanova) istedadlı şagirdlərin olimpiadalara hazırlıq qruplarına cəlb edilməsi işinin təşkilnə, Ümumtəhsil sektoru (A.Yusifov) fənn müsabiqələrinin keçirilməsinə mütəmadi nəzarəti təmin etsinlər.

10. Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümüumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.

11. İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin İdarənin saytında yerləşdirilmədsini təmin etsin.

12. Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Vəliyevaya həvalə edilsin.

 

Əsas: Azərbaycan Respublikasının Təhsil nazirinin “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” 25.08.2015-ci il tarixli 912 nömrəli əmri.

 

 

Ceyhun Bayramov

Nazir müavini, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdir
səlahiyyətlərini müvəqqəti icra edən


Açar sözlər: ,  ,