Azərbaycan Respublikası Təhsil nazirinin “2015/2016-cı dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə” 19 fevral 2015-ci il tarixli 242 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1.Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda 2015/2016-cı dərs ili üçün I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı və şagird qəbulunun səmərəli təşkilini təmin etmək məqsədilə aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:
Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, sədr
Məmmədəli Kəsəmənli Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini
Nərgiz Səfərova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini
Dürdanə Əhədova İnformasiya təminatı sektorunun müdiri
Rəşad Tağıyev İnsan resursları sektorunun müdiri
Şahin İsgəndərov Təminat və təchizat sektorunun müdiri
Arzu Tairquliyeva İctimaiyyətlə əlaqə sektorunun müdiri
Avaz Yusifov Ümumi təhsil sektorunun müdir əvəzi
2.İşçi qrupuna tapşırılsın:
2.1.ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda I sinfə elektron ərizə qəbulu üzrə işçi qrupların yaradılması və səmərəli fəaliyyətinin təşkilinə əməli kömək göstərilməsini;
2.2.ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda I sinfə elektron ərizə qəbulu üzrə işçi qrupların təlimlərdən keçməsini;
2.3.ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların internet saytlarının yaradılmasını, mövcud saytların müvafiq formata uyğunlaşdırılmasını və metebeqebul.edu.az saytına inteqrasiya edilməsini;
2.4.Nəsimi rayonu THL, Səbail rayonu 2 nömrəli THL, Nizami rayonu 145, Yasamal rayonu 18, Nərimanov rayonu 47, Xətai rayonu 191, Sabunçu rayonu 252, Suraxanı rayonu 114 və 275, Qaradağ rayonu 166 və 274, Xəzər rayonu 26 və 156, Pirallahı rayonu 235, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərdə ərizə qəbulu üzrə alternativ işçi qrupların yaradılmasını;
2.5.münaqişələrin həlli üçün Bakı şəhərinin hər inzibati rayonunda apelyasiya komissiyalarının təşkilini;
2.6.Bakı Şəhəri üzrə Təhsil İdarəsində:
ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə elektron ərizə qəbulu üzrə işçi qrupun (15 sentyabr-15 oktyabr),
6 yaşı tamam olmayan uşaqların valideynlərinin şikayətlərinə baxılması üçün apelyasiya komissiyasının təşkilini (15 iyul-15 avqust) təmin etsin.
3.Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 19 fevral 2015-ci il tarixli 242 nömrəli əmri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Vəliyevanın xidməti məlumatı.
Nazir müavini, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdir səlahiyyətlərini
müvəqqəti icra edən Ceyhun Bayramov