“Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat müsabiqəsi”nin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ümumi təhsil müəssisələrində uşaq birliyi təşkilatının rəhbərləri ilə aparılan işlərin daha da gücləndirilməsi,  onların  fəaliyyətinə stimul  verilməsi, qabaqcıl  və yaradıcı uşaq  birliyi  təşkilatının rəhbərlərinin  təcrübəsinin öyrənilməsi və yayılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin  15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat müsabiqəsi” rayon və şəhər üzrə  olmaqla, iki mərhələdə təşkil edilsin və 2019-cu ilin oktyabr-noyabr  aylarında keçirilsin.

2. Müsabiqənin  əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil müəssisələrinin direktorları təqdim olunan əsasnamədə qeyd  olunan sifariş  formasına  uyğun olaraq məktəbin uşaq birliyi təşkilatının rəhbəri haqqında məlumatları Təşkilat  Komitəsinə təqdim  etsin.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektoruna (S.Bektaşi) və İnkişaf layihələri sektoruna (A.Əzizov)   tapşırılsın: 

4.1. Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat  müsabiqəsi”nin  keçirilməsi ilə bağlı ümumi  təhsil müəssisələrini  təlimatlandırsın;

4.2. Ümumi təhsil müəssisələrinin  müsabiqədə  yüksək səviyyədə iştirakını təmin etsin.    

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) müsabiqənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında  yerləşdirilməsini  və müsabiqənin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.    

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini  İ.Abdullayevaya   həvalə edilsin.

Əsas: Bakı Şəhəri  üzrə  Təhsil  İdarəsinin  2019-cu il  üçün Fəaliyyət  planı

 

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

04 oktyabr 2019-cu il

                                                                                        № F-327


 

“Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında  ən yaxşı təqdimat müsabiqəsi”nin keçirilməsi barədə Əsasnamə