“Kiçik  tədqiqatçılar” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

İbtidai sinif  şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin  15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.“Kiçik  tədqiqatçılar” müsabiqəsi  II-IV sinif şagirlərinin iştirakı ilə  məktəb, rayon  və şəhər üzrə  olmaqla  üç  mərhələdə təşkil  edilsin və  2019-cu ilin  noyabr-dekabr aylarında keçirilsin.

2. Müsabiqənin  əsasnaməsi,  təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil müəssisələrinin direktorları təqdim olunan əsasnaməyə uyğun olaraq müsabiqənin məktəb mərhələsinin keçirilməsini təmin etsinlər və məktəb komandasının tədqiqat  işini  təşkilat komitəsinə təqdim etsinlər.       

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (A.Tairquliyeva-Nağıyeva), Ümumi təhsil sektoruna (F.Babayev) və Təlimə Dəstək Mərkəzinə (S.Bektaşi)  tapşırılsın:

4.1. Kiçik  tədqiqatçılar” müsabiqəsinin keçirilməsi ilə bağlı ümumi təhsil müəssisələrini   təlimatlandırsın;  

4.2. Müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsin;

4.3. Ümumi təhsil müəssisələrinin  müsabiqədə  yüksək səviyyədə iştirakını təmin etsin.

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) müsabiqənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) müsabiqənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin İdarənin internet saytında  yerləşdirilməsini və  müsabiqənin  küləvi  informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

8. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini  H.Əsgərova  həvalə edilsin.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2019-cu il üçün Fəaliyyət planı.

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

21 noyabr 2019-cu il

                                                                                        № F-436


 

 

Kiçik  tədqiqatçılar” müsabiqəsinin keçirilməsi barədə Əsasnamə