Azərbaycan Respublikası Təhsil nazirinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə” 09.03.2021-ci il tarixli F-74 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 20 dekabr 2021-ci il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.
3. Ümumi təhsil sektoru (F.Babayev) və İnkişaf layihələri sektoru (S.Əzimova) yubiley ilə bağlı təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər.
4. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
5. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət müdir müavini H.Əsgərova həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 09.03.2021-ci il tarixli F-74 nömrəli əmri
Mehriban Vəliyeva,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
12 mart 2021-ci il
№ F-56