Əmrin icrasının təmin edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 17.04.2021-ci il tarixli, 2583 nömrəli Sərəncamının icrasından irəli gələn Azərbaycan Respublikası təhsil nazirinin 03.05.2021-ci il tarixli, F-203 nömrəli əmrinin aidiyyəti bəndinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik)       03.05.2021-ci il tarixli, F-203 nömrəli əmri rəhbərlik və icra üçün qəbul olunsun.

2. Əmrin icrası ilə bağlı Nazirliyin 03.05.2021-ci il tarixli, F-203 nömrəli əmri ilə müəyyən edilmiş tədbirləri əhatə edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı (bundan sonra - Tədbirlər Planı) təsdiq edilsin (əlavə olunur).

3. Ümumi təhsil sektoru (F.Babayev)  Tədbirlər Planından irəli gələn tədbirlərin vaxtında və tam şəkildə icrasını, habelə bununla bağlı cari ilin dekabr ayının 1-dək hesabatların yerlərdən yığılmasını və Nazirliyə göndərilməsi üçün ümumiləşdirilməsini təmin etsin.

4. İdarənin tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:

4.1. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin İdarənin aidiyyəti struktur bölmələri ilə əlaqəli şəkildə icrası üçün zəruri tədbirlər görsünlər;

5. Ümumi sektor (S.Rəsulova) bu əmrin və Tədbirlər Planının surətlərinin çoxaldılaraq aidiyyəti yerlərə çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

7. Əmrin icrasına nəzarət İdarənin müdir müavini X. Əhmədzadəyə həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 03.05.2021-ci il tarixli, F-203 nömrəli əmri.

 

 

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

17 may  2021-ci il

                                                                                        № F-111


 

Tədbirlər planı