Azərbaycan Respublikası Təhsil nazirinin 27.10.2015-ci il tarixli 1023 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyilli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, həmçinin ciddi elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsinə dair “Sabahın Alimləri” V Respublika Müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 27.10.2015-ci il tarixli 1023 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.“Sabahın Alimləri” V Respublika Müsabiqəsinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil nazirinin 27.10.2015-ci il tarixli 1023 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

2.2016-cı il 11-13 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın Alimləri” V Respublika Müsabiqəsinin keçirilməsi nəzərə alınsın.

3.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorları:

3.1.01 noyabr 2015-ci il tarixdən etibarən şagirdlərin mövzularının www.sabahinalimleri.edu.az saytında onlayn rejimdə qeydiyyatdan keçirilməsini və 25 dekabr tarixinədək şagirdlər tərəfindən təsdiq edilmiş mövzular üzrə aparılan tədqiqatların başa çatdırılmasını təmin etsinlər.

3.2.Müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin 15 yanvar 2016-cı il tarixədək qeydiyyatdan keçməsini təmin etsinlər.

4.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (L.Şərəfxanovaya) tapşırılsın:

4.1.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəbləri arasında müsabiqənin məqsədlərinin təbliğ edilməsi istiqamətində yüksək nəticə əldə etmiş məktəblərlə təcrübə mübadilələri, “Dəyirmi masa”lar və işgüzar görüşlərin keçirilməsini təmin etsin.

4.2.Elmi tədqiqatlara cəlb olunan, istedadlı və potensiallı şagirdlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məktəbləri təlimatlandırsın.

4.3.Müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumtəhsil müəssisələrinə köməklik göstərilməsini təmin etsin.

4.4.Müsabiqədə iştirak edən məktəblərin Təlim Akademiyasında, Elmi–Ekspertiza Komitəsinin görüşləri və təlimlərində fəal iştirakını təmin etsin.

4.5.Ümumtəhsil məktəblərinin müsabiqədə yüksək səviyyədə iştirakını təmin etsin.

5.Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin;

6.Ümumi sektor (S.Rəsulova) əmrin çoxaldılaraq ümumtəhsil məktəblərinə çatdırılmasını təmin etsin.

7.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlərin BŞTİ-nin internet səhifəsində işıqlandırılmasını təmin etsin.

8.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Vəliyevaya həvalə edilsin.

Əsas: “Sabahın Alimləri” V Respublika Müsabiqəsinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil nazirinin 27.10.2015-ci il tarixli 1023 nömrəli əmri

 

Nazir müavini, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdir
səlahiyyətlərini müvəqqəti icra edən

Ceyhun Bayramov