“Sağlam təhsil-sağlam millət” layihəsi 

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində paytaxtın bir sıra ümumi təhsil müəssisələrində “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir.

Layihənin əsas məqsədi fiziki-psixi və mənəvi  sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik vətəndaş yetişdirməklə ölkənin insan resurslarının inkişafını sürətləndirmək və milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına nail olmaqdan ibarətdir.

Layihə çərçivəsində müəllimlər və məktəb rəhbərləri üçün davamlı olaraq metodik, tibbi-gigiyenik və psixoloji istiqamətlərdə sağlam təhsil texnologiyalarının tətbiqi və prosesin idarə edilməsi ilə bağlı təlimatlandırma tədbirləri keçirilir.  

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir.

Həmçinin paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.