“Məktəblinin dostu” layihəsi

Dövlət ümumi təhsil müəssisələrində tədris prosesinin sağlam, təhlükəsiz və əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərdə övladlarının təhsil şəraiti barədə məlumatlılığın və məmnunluğun artırılması, təhsil prosesinin bütün iştirakçıları tərəfindən dövlət təhsil standartlarının tələblərinə əməl olunmasını təmin etmək  məqsədilə bir sıra ümumi təhsil müəssisələrdə “Məktəblinin dostu” pilot layihəsi tətbiq olunur.

Belə ki, hazırda “Məktəblinin dostu” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 191 təhsil müəssisəsini və 380 000 şagirdi əhatə edir. Həmin müəssisələrdə layihənin 206 əməkdaşı çalışır.

“Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır.