Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin   Azərbaycan bölməsi üzrə 8-10-cu sinif şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadasının qaliblərinin mükafatlandırılması məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin   Azərbaycan bölməsi üzrə 8-10-cu sinif şagirdləri arasında keçirilən “Bakı Elm Olimpiadası”nın qalibləri mükafatlandırılsın.

2. Ümumi təhsil müəssisələrinin rəhbərləri olimpiada qaliblərinin mükafatlandırma mərasimində iştirakını təmin etsin (siyahı əlavə olunur).  

3. Ümumi təhsil sektoru (Fuad Babayev) olimpiada qaliblərinin mükafatlandırılması ilə bağlı təşkilati işləri həyata keçirsin.

4. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) mükafatlandırma ilə bağlı maliyyə məsələlərini həll etsin.

5. Təminat və təchizat sektoru (Səccət Mahmudov) mükafatlandırma mərasiminin təşkilindən irəli gələn məsələləri həll etsin.

6. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavələrlə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

7. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin İdarənin rəsmi internet saytında yerləşdirilməsini və olimpiadanın mükafatlandırma mərasiminin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət müdir müavini Xəyalə Əhmədzadəyə həvalə edilsin.

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.04.2022-ci il tarixli, F-130 nömrəli əmri.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri

20 iyun 2022-ci il

                                                                                        № F-225

 


 

 

Bakı Elm Olimpiadasının qaliblərinin siyahısı

 

Bakı Elm Olimpiadasının fənlər üzrə qaliblərinin siyahısı

 

Bakı Elm Olimpiadasının finalçılarının siyahısı