Məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməklə onların potensial imkanlarının artırılması istiqamətində əhəmiyyətli rol oynayan məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin keçirilməsi məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM

 

1. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin fənn olimpiadalarının şəhər mərhələsi 03 fevral 2019-cu il tarixində saat 1000 -dan 1300 -dək aşağıdakı məktəblərdə keçirilsin:

 

            Nərimanov rayonu  36 nömrəli tam orta məktəb                     

            Nəsimi rayonu         46, 54 nömrəli tam orta məktəblər                

            Nizami rayonu         32, 229 nömrəli tam orta məktəblər        

            Qaradağ rayonu      139 nömrəli tam orta məktəb                                                 

            Sabunçu rayonu     96, 310 nömrəli tam orta məktəblər                                                 

            Səbail rayonu          160 nömrəli Klassik gimnaziya                                                     

            Suraxanı rayonu     114 nömrəli tam orta məktəb      

            Binəqədi rayonu     276 nömrəli tam orta məktəb                                         

            Xətai rayonu 95, 245 nömrəli tam orta məktəblər                                                        

            Xəzər rayonu           124 nömrəli tam orta məktəb                                                     

            Yasamal rayonu      18, 53 nömrəli tam orta məktəblər                                                  

 

2. Məktəblilərin fənn olimpiadalarının keçirilməsini təşkil etmək üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Rəşad Tağıyev                                       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri,                                                

                                                               Təşkilat Komitəsinin sədri                                                                       

Samirə Bektaşi                                        Ümumi təhsil sektorunun müdiri                                               

Anar Qədiməliyev                                  Keyfiyyətə nəzarət sektorunun müdiri                                             

Şahin İsgəndərov                                   Təminat və təchizat sektorunun müdiri     

Aysel Əliyeva                                           Ümumi təhsil sektorunun böyük məsləhətçisi                                      

 

3. Fənn olimpiadalarının şəhər mərhələsi VIII-XI sinif şagirdləri əhatə edilməklə Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, biologiya, fizika, kimya və informatika, rus bölməsi üzrə Azərbaycan dili istisna olmaqla digər fənlər üzrə keçirilsin.

4. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) fənn olimpiadaların keçiriləcəyi mərkəz məktəblərdə təhlükəsizliyin təmin edilməsi üçün lazımi tədbirləri həyata keçirsin.

5. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

6. Ümumi sektor (S.Rəsulova) əmrin surətinin çoxaldılaraq aidiyyəti struktur bölmələrinə və ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

 7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 25.01.19-cu il tarixli, F-45 nömrəli əmri

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

30  yanvar 2019-cu il

                                                                                        № F-68