11.06.2021

Direktor müavinlərinin işə qəbulu ilə bağlı qiymətləndirmə çərçivəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi müəyyən olunub.

Qiymətləndirmə çərçivəsi məzmun istiqamətləri, namizədlərdən tələb olunan səriştələr, mövzular və tövsiyə edilən materiallardan ibarətdir. Müsabiqədə namizədlərin müvafiq mövzular ətrafında təlim prosesinin təşkili, təhsildə qiymətləndirmə, məntiq, rəsmi sənədlər və İKT üzrə bilikləri qiymətləndiriləcək.

Qeyd edək ki, müvafiq vəzifələr üzrə işə qəbul olmaq istəyən 1143 nəfər http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Müsabiqənin seçim mərhələsinədək vakansiya siyahısına əlavə və düzəlişlər edilə bilər.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi