08.07.2024

Paytaxt məktəbliləri respublika yarışlarında qalib olublar

Paytaxt məktəbliləri “Gənc xilasedici və yanğınsöndürən” XI respublika yarışlarında qalib olublar.

Belə ki, “Gənc xilasedici və yanğınsöndürən” XI respublika yarışlarında Bakı şəhəri 53 nömrəli tam orta məktəbin komandası I, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin komandası isə II yerə layiq görülüb.

Komandalar “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələləri üzrə yarışıblar.

Elm və Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən birincilikdə qaliblərə kubok, diplom, Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” XI respublika yarışlarının keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və vətənpərvərlik ruhunun aşılanmasından ibarətdir.