27.12.2017

Kotirovka sorğusunun nəticələrinə dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mərkəzləşdirilmiş mühasibatlığı üçün cari təmirlə bağlı mal-materialların satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Luks moll” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 26 dekabr 2017-ci il tarixində satınalma müqaviləsi bağlanıb.