“Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

“Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Təhsil nazirinin 13.02.2020-ci il tarixli, F-91 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Ümumtəhsil müəssisələri və Uşaq-gənclər inkişaf mərkəzlərində 2020-ci ilin fevral ayının 26-da ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr edilsin.

3. Təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və 01 mart 2020-ci il tarixinədək görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat versinlər.

4. Ümumi təhsil sektoru (F.Babayev) Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar təşkilati işlərin həyata keçirilməsini təmin etsin.

5. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb müvafiq struktur bölmələrə və təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (B. Məmmədov) əmrin və Tədbirlər Planının İdarənin internet saytında yerləşdirilməsini və keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.   

7. Əmrin icrasına nəzarət müdir müavini İlhamə Abdullayevaya həvalə olunsun.

Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 13.02.2020-ci il tarixli, F-91 nömrəli əmri.

 

Rəşad Tağıyev,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

20 fevral 2020-ci il

                                                                                        № F-73


Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı