Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi məqsədilə 
                                

ƏMR EDİRƏM:
 

1. Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Ümumi, məktəbdənkənar və məktəbəqədər təhsil sektorlarına, Metodiki kabinetə (F.Həmzəyev, Q.Sultanova, L.İmanova, V.Qurbanov) əmrin və tədbirlər planının ümumtəhsil,  məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinə çatdırılması və icrasının təşkili tapşırılsın.

3.Ümumtəhsil, məktəbəqədər, məktəbdənkənar müəssisə  rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

 4. Əmrin icrasına nəzarət müdir müavini M.Bayramova həvalə edilsin.

 Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət planı.


 

Nailə Rzaquliyeva

Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri

12.02.2010 -cu il

№ 30


       

 Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsi ilə 

əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
               
T Ə D B İ R L Ə R        P L A N I 

 

Keçiriləcək tədbirlərin  adı 

İcra vaxtı 

İcraçı təşkilatlar 

 1.

 Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımının on səkkizinci ildönümünə həsr olunmuş toplantıların, ədəbi-bədii gecələrin keçirilməsi, sənədli və bədii filmlərin nümayişinin təşkili.

Fevral 2010-cu il

 Ümumtəhsil və
Məktəbdənkənar
təhsil sektorları

 2.

 Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş matəm mitinqlərinin, xatirə gecələrinin keçirilməsi, soyqırımın şahidi olanlarla və müharibə veteranları ilə görüşlərin təşkili.

Fevral 2010-cu il

 Təhsil 
müəssisələri

 3.

 Ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində “Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi.

Fevral 2010-cu il

Təhsil müəssisələri,
Məktəbdənkənar təhsil sektoru

 4.

 Xocalı soyqırımı ilə bağlı divar qəzeti və bülletenlərin buraxılması, foto-stendlərin hazırlanması.

Fevral 2010-cu il

 Təhsil müəssisələri

 5.

 Şagirdlərin və yeniyetmələrin Xocalı soyqırımı abidəsinə ziyarətinin təşkili.

18-26 fevral
2010-cu il

 Təhsil müəssisələri

 6.

 Xocalı soyqırımını əks etdirən rəsm sərgisinin təşkili .

25 fevral
2010-cu il

Təhsil müəssisələri, Məktəbdənkənar təhsil sektoru 

 7.

 26 fevral günü ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs saatını və məşğələləri Xocalı soyqırımına həsr etmək.

26 fevral
2010-cu il

 Təhsil müəssisələri