“Ekologiya  ili” çərçivəsində “Səni tərənnüm edirəm Azərbaycanım” devizi altında   1 İyun  Uşaqların  Beynəlxalq Müdafiəsi  gününə  həsr  olunmuş bayram  tədbirinin  keçirilməsi  barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin əmri

           Bakı şəhərinin məktəbəqədər təhsil  müəssisələrində  tərbiyə  alan uşaqlara  bu bayramın məhz onlara məxsus olmasını, bütün dünyada təntənəli surətdə qeyd olunmasını dərk etdirmək, uşaqlarda şən əhval-ruhiyyə yaratmaq, Azərbaycana olan məhəbbətin, onun  təbiətinə olan maraq və sevginin, milli-mənəvi dəyərlərimizə hörmətin tərbiyə olunmasını inkişaf etdirmək, musiqinin bütün janrlarına maraq  artırmaq,  uşaqların bədii  yaradıcılıq qabiliyyətlərini aşkar etmək  məqsədi ilə
 

        1.”Səni tərənnüm edirəm Azərbaycanım” devizi altında 1İyun-Uşaqların Beynəlxalq müdafiə  gününə   həsr  olunmuş bayram  tədbirinin  məktəbəqədər müəssisələrdə  açıq havada  təntənəli surətdə təşkil edilib, keçirilməsi təmin edilsin.

            2.Məktəbəqədər müəssisə rəhbərlərinə tapşırılsın:

            2.1.Bu məqsədlə  məktəbəqədər müəssisələrdə  təşkilat komitəsi  yaradılsın.
            2.2.Tədbirin keçirilməsində valideynlərin, ictimayyətin  fəal iştirakı təmin edilsin.

            2.3. Əmrin  icrasını təmin edən  tədbirlər planı işlənib hazırlansın və bayramın
senarisi  may ayının 25-dək Bakı Şəhəri üzrə  Təhsil İdarəsinə  təqdim edilsin.

            3.Məktəbəqədər təhsil sektorunun müdiri L.İmanovaya tapsırılsın:

            3.1  Məktəbəqədər müəssisələrdə tədbirin  keçirilməsinə sektorun  əməkdaşlarının
əməli  köməklik göstərməsini  təmin etsin.

            3.2. Beynəlxaq  əlaqələr və ictimaiyyətlə  əlaqə sektorunun  müdiri  Z. Əsədovaya
tapşırılsın: Müvafiq əmr Bakı Təhsili  qəzetində dərc edilsin.

            3.3  Əmrin icrasına nəzarət BŞTİ-nin müdir müavini  M.Qəzənfərova  həvalə

edilsin.

            Əsas:  Fəaliyyət planı


 

Nailə Rzaquliyeva

Bakı Şəhəri üzrə

Təhsil İdarəsinin müdiri

07.05.2010-cu il

№ 141