2024-2025-ci tədris ili üzrə birinci siniflərə qəbul

              Mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. 

Elektron portalda 1 may tarixindən uşaqların qeydiyyatı, 3 maydan isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçiriləcək.  

Mayın 3-dən 17-dək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Müsahibə uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə keçirilir.

Birinci sinfə sənəd qəbulu 13 sentyabr tarixinədək davam edəcək.


2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab