Məktəblilər arasında rəsm və inşa yazı müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri

Azərbaycan  Respublikasının  Konstitusiyasının qəbul edilməsinin 20 illiyi ilə əlaqədar məktəblilər arasında maarifləndirmə işinin aparılması, Konstitusiyanın mahiyyəti, əsasları və prinsiplərinin öyrədilməsi, hüquqi biliklərin daha da artırılması və hüquqi dövlət quruculuğunda fəal iştiraka hazırlanmaları məqsədi ilə      

            

ƏMR EDİRƏM:

 

1.Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin IX-XI  sinif şagirdləri arasında 2015-ci ilin noyabr ayında Azərbaycan Respublikasının  Konstitusiyasının qəbul edilməsinin  20 illiyinə həsr olunmuş  rəsm və inşa yazı müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.

4.Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan Əsasnaməyə uyğun olaraq    müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

5.Müsabiqə qaliblərinin mükafatlandırılması ilə əlaqədar lazımi tədbirlərin görülməsi  müdir müavini N.Səfərovaya tapşırılsın.

6.Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə  çatdırılmasını təmin etsin.

7.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet  saytında yerləşdirilməsini  təmin etsin. 

8.Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M.Kəsəmənliyə həvalə olunsun.

 

Əsas: Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar  Bakı Şəhəri üzrə Təhsil  İdarəsinin  2015-ci il  üçün  Fəaliyyət Planı.                                     

                                  

 

           Nazir  müavini, 

           Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin 

           müdir  səlahiyyətlərini müvəqqəti  icra edən:

Ceyhun  Bayramov

                                                                                                                      28.10.2015

 

 

                                                           


 

 

 

Bakı şəhəri ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunmuş rəsm və inşa

yazı müsabiqəsinin

 

ƏSASNAMƏSİ

 

I. Məqsəd və vəzifələr

 

Azərbaycan Respublikasının  Konstitusiyasının qəbul edilməsinin 20 illiyi ilə əlaqədar məktəblilər arasında maarifləndirmə işinin aparılması;

Konstitusiyanın mahiyyəti, əsasları və prinsiplərinin öyrədilməsi;

hüquqi biliklərin daha da artırılması;

hüquqi dövlət quruculuğunda fəal iştiraka hazırlıq.

 

II. İştirakçılar və şərtlər

 

Rəsm və inşa yazı nominasiyaları üzrə müsabiqənin iştirakçıları ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin IX-XI  sinif şagirdləridir.

Rəsmlərin işlənmə texnikası sərbəstdir. Rəsmlər A3 və A4 formatında hazırlanmalıdır.

İnşa yazı nominasiyasına Azərbaycan və rus bölməsi üzrə hər məktəbdən yalnız 3 iş (IX sinif – 1iş, X sinif -1 iş, XI sinif -1 iş)  təqdim edilir.

İnşa yazıdakı sözlərin sayı 250-dən az olmamalıdır.

 

III. Qaliblərin müəyyənləşdirilməsi

 

Qiymətləndirmə zamanı aşağıdakı kriteriyalara üstünlük verilir:

rəsm işinin mövzuya uyğunluğu, müəllifin yaradıcılıq bacarığı, işin orjinallığı, keyfiyyəti;

inşa yazının mövzuya uyğunluğu, aktuallığı, işin həcmi, müəllifin sərbəst fikir yürütmə bacarığı.

İnşa yazılar 5 bal sistemi ilə qiymətləndirilir.

Rəsm işi və inşa yazı müəllifləri haqqında məlumat 12 noyabr  2015-ci il tarixədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun  elektron ünvanına mk@bakuedu.gov.az göndərilir.

Rəsm işləri  (müəllifin adı, soyadı, yaşı, təhsil aldığı müəssisə göstərilməklə) Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinə təqdim edilir  (ünvan: S.Vurğun küçəsi, 94, əlaqə telefonu 597-14-83).

Müsabiqənin yekun mərhələsi 15 – 20 noyabr 2015-ci il tarixlərdə keçirilir.

                               

IV. Qaliblərin mükafatlandırılması

 

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və  hədiyyələrlə mükafatlandırılır.

 

V. SİFARİŞ forması

 

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin N20 illiyinə həsr olunmuş rəsm və inşa yazı müsabiqəsinin şəhər mərhələsinin Təşkilat komitəsinə

 

İştirakçıların adı, soyadı və atasının adı

 Təhsil məssisəsi,           sinif ( yaş)

Müsabiqənin növü

Ünvan, əlaqə telefonu

 

Rəsm

İnşa

Azərbaycan bölməsi

Rus bölməsi

1

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

3