“Məktəblinin dostu” layihəsi

Dövlət ümumi təhsil müəssisələrində tədris prosesinin sağlam, təhlükəsiz və əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərdə övladlarının təhsil şəraiti barədə məlumatlılığın və məmnunluğun artırılması, təhsil prosesinin bütün iştirakçıları tərəfindən dövlət təhsil standartlarının tələblərinə əməl olunmasını təmin etmək  məqsədilə bir sıra ümumi təhsil müəssisələrdə “Məktəblinin dostu” pilot layihəsi tətbiq olunur.

Pandemiya dövründə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib və ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.

Belə ki, hazırda “Məktəblinin dostu” layihəsi Bakı, Abşeron və Sumqayıt üzrə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.

Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 186 ümumi təhsil müəssisəsini əhatə edir.

“Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır.