30.06.2014

Müraciət

Əziz müəllimlər!

10 - 13 iyun tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində iştirak edən hər bir müəllimin cavab kartı bakuedu.az saytında yerləşdirilmişdir. Bunun üçün iş nömrəsi, məktəb kodu və doğum ilinizi daxil etməklə şəxsi səhifənizə girməlisiniz.

Elektron cavab kartı sizin Sınaq Qiymətləndirilməsində doldurduğunuz cavab kartı ilə eynidir.

Əgər elektron cavab kartınızda variant, bölmə, fənn səhv göstərilibsə və ya nəticələrinizlə hələ də tanış ola bilmirsinizsə bu o deməkdir ki, Siz Qiymətləndirilmə zamanı informasiyanı cavab kartınızda səhv qeyd etmisiniz.

Bu səbəblərdən yaranan problemləri bildirmək üçün bakuedu.az saytındakı müraciət forması dolduraraq İdarəyə ünvanlamalısınız.

Nəticələri ilə razı olmayan müəllimlər isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Xan Şuşinski 17) ərizə ilə müraciət etməkləri tövsiyə olunur.

Bununla yanaşı bu gündən etibarən 4 gün ərzində Qiymətləndirilmənin aparılması ardıcıllığı ilə sual kitabçaları bakedu.gov.az saytına yerləşdiriləcəkdir.

Sualların düzgün cavabları hər bir müəllimin şəxsi səhifəsində cavab kartı ilə birlikdə yerləşdirilmişdir. Ləğv olunmuş suallar ulduz işarəsi ilə qeyd edilmişdir.

 

Qeyd: Bu gün 10 iyunda Sınaq Qiymətləndirilməsi aparılmış fənlərin sual kitabçaları yerləşdiriləcəkdir.