03.07.2014

Vilyam Şekspirin 450 illik yubileyi qeyd edildi

İyulun 2 - də Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” tərəfindən keçirilən “Şekspir 450” layihəsi yekunlaşmış, görkəmlisi yazıçı, dünyanın ən möhtəşəm dram əsərlərinin müəllifi Vilyam Şekspirin 450 illik yubileyi qeyd edilmişdir.

Qeyd edək ki, aprel ayından başlayaraq yubiley tədbirləri ilə bağlı müəllimlər və şagirdlər üçün 2 müsabiqəyə start verilmişdir. Azərbaycanlı müəllimlər Şekspir mövzusunda onlayn resurslardan istifadə edərək dərs planı hazırlayıb, sagirdlər isə Şekspirin əsərlərindən olan monoloq və səhnələri ifa edərək video hazırlamış və həmin videoları “Youtube” platformasına səsvermə üçün yerləşdiriblər.

Səsvermə əsasında müəyyənləşdirilmiş video müsabiqəsinin və dərs planı üzrə müsabiqənin qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılmış, diplomlarla təltif olunmuşdur.