30.07.2014

“Öyrən, İdarə et, Lider ol” mövzusunda təlim başa çatmışdır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Sabunçu Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 21-25 iyul tarixlərində 252 saylı tam orta məktəb-liseydə keçirilən “Öyrən, İdarə et, Lider ol” mövzusunda təlim artıq başa çatmışdır.

Ümumtəhsil müəssisələrində təhsil alan məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi  və istirahətini təmin etmək məqsədilə keçirilən təlimdə komanda ilə iş bacarığı, özünü ifadə etmə və liderlik keyfiyyətləri ilə bağlı keçirilən dərslər və təşkil edilən ekskursiyalar şagirdlərin marağına səbəb olmuşdur

Təlimin sonunda aktiv iştirak edən və fərqlənən şagirdlərə sertifikatlar verilmiş, müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.