07.08.2014

Xüsusi istedadlı uşaqların müsahibəsi başlandı

Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ – nin tabeliyində olan məktəblərə qəbul iyul ayının 20-dən avqust ayının 20-dək elektron ərizələr vasitəsilə aparılır. Hazırda 2696 nəfər qeydiyyatdan keçmişdir. Elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı, 4000-5000 nəfər olacağı gözlənilir.

Artıq avqust ayının 5-dən etibarən müsahibələrə başlanılmışdır.

Öncədən təşkil edilmiş xüsusi komissiyaların iştirakı ilə həyata keçirilən müsahibələrsentyabr ayının 10-dək davam edəcəkdir.

Müsahibə iştirakçıları nəticələrini 48 saat ərzində bakuedu.az saytında bu mövzu ilə əlaqədar yaradılmış bölmədən öyrənə biləcəklər.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir