16.09.2014

Sınaq Qiymətləndirilməsi keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10 - 13 iyun 2014 - cü il tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi keçirilmişdir.

Üzrlü səbəblərə görə qiymətləndirilmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün sentyabrın 20 – də Sınaq Qiymətləndirilməsi keçirilməsi nəzərdə tutulmuşdur.

Artıq bu həftədən başlayaraq Sınaq Qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil müəssisələrinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcəkdir. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaqdır.

Qeyd edək ki, Qiymətləndirilmənin Bakı şəhərinin 2 məktəbində -  47 və 258 saylı orta məktəblərində keçirilməsi nəzərdə tutulmuşdur.