22.09.2014

Pirallahı rayonunda səyyar qəbul keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq keçirilən səyyar qəbullar davam edir. Nəsimi və Qaradağ rayonları üzrə vətəndaşların qəbulundan sonra sentyabrın 20 – də Pirallahı rayonu üzrə səyyar qəbul keçirilmişdir.

243 saylıməktəbdə keçirilən səyyar qəbulda Pirallahı və Çilov qəsəbələrində yerləşən 131, 168, 186, 235, 243, Zirə qəsəbəsində yerləşən 122, 120, 241, 324, Gürgan qəsəbəsində yerləşən 231 saylı məktəblərin və 29 №li Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilmişdir.

Səyyar qəbul saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Pirallahı rayonu üzrə 18 müraciət qəbul edilmişdir. Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sisteminin təşkili, bufetlerdə isti yeməklərin verilməsi, siniflərin dərs proqramlarıının yüngülləşdirilməsi, kitabxanada dərsliklərin çatışmazlığı və rayon üzrə kursların açılmasının təşkili ilə bağlı olmuşdur. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.