23.09.2014

“Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması”

07-11oktyabr, 2014

İŞTİRAKÇI SEÇİMİ ÜÇÜN ELAN

Azərbaycan Respublikası Təhsil Nazirliyi “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” təliminə iştirakçı qəbulu elan edir.

Təlim haqqında qısa məlumat:

Təlimin keçirilmə tarixi: 07-11 oktyabr, 2014

Məkan: Quba rayonu, ADİU-nun  Tədris, idman və sağlamlıq mərkəzi

Təlimin məqsədi ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini  istiqamətləndirməyə  yardım edə biləcək mentorların hazırlanmasıdır.

İştirakçılarınsayı30 nəfər

Təlim dili: Azərbaycan dili

İştirakçıya qoyulan tələblər:

-         Ali pedaqoji təhsil;

-         Pedaqoji iş təcrübəsi (ən az 2 il);

-         Azərbaycan dilində sərbəst danışma, oxuyub anlama bacarığı;

-         Ünsiyyətcil, təşəbbüskar;

-         Məsuliyyətli;

-         Əməkdaşlıq bacarığı;

-         Fasilitasiya bacarığı.

Arzu olunandır:

-         Hazırda müəllim olaraq çalışan;

-         Respublikanın bölgələrinə getmə imkanı olan;

-         Mütaliə vərdişi olan;

-         Təlimçi kimi fəaliyyət göstərən.

Əlaqə

Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər müvafiq ərizə formasına (Əlavə ) öz CV - lərini də əlavə edərək assessment@edu.gov.az  elektron poçt ünvanına göndərməlidir.

Müraciət üçün son tarix: 29 sentyabr 2014-cü il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlavə

 

Müraciət forması

İştirakçı haqqında ümumi məlumat

1.      Ad, soyad, ata adı:

2.      Doğum tarixi:

3.      Şəhər/rayon:

4.      İş yeri:

5.      Vəzifə:

6.      Telefon (mobil, ev):

7.      E-poçt ünvanı:

 

8.      Təhsil:               □Bakalavr                    □ Magistr

 

9.      Təhsil müəssisəsinin adı:

 

10. Məzun olduğu il:

 

11. İxtisas:

 

12.Oxu təlimidedikdə nə başa düşürsünüz?

 

13.Ən son oxuduğunuz kitab (əsər) hansıdır? Kitabın (əsərin) məzmun və ideyasını qeyd edin.

 

14. Ən son nə zaman kitab oxumusunuz?

□ son bir həftədə

□ son bir ayda

□ son bir ildə

bir neçə il əvvəl

□ uzun müddətdir kitab oxumuram

 

15.Müxtəlif növ mətnləri oxuyub anlama bacarığınızı necə qiymətləndirirsiniz?

□ qeyri- kafi

□ kafi

□ yaxşı

□ əla

 

16.Sizcə, şagirdlərin oxuyub anlama bacarıqlarının inkişafına mane olan amillər hansılardır?

 

17.Sizcə, hansı halda oxuyub anlama prosesi daha sürətlə gedir:

A) Sürətli oxu zamanı

B)   Ləng (asta) oxu zamanı?

 

18. Şagirdlərin oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək üçün hansı təklifləriniz var?

 

19. Təlimdə nə üçün iştirak etmək istəyirsiniz?

 

20. Təlimdən gözləntiləriniz nədir?