15.10.2014

Bu həftəki səyyar qəbulların yeri və tarixi

       Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

       Qeyd edək ki, növbəti səyyar qəbullar oktyabrın 17 - də Səbail və Suraxanı rayonlarında keçiriləcək. Suraxanı rayonu üzrə 226 №li məktəbdə keçiriləcək səyyar qəbula Bülbülə qəsəbəsində yerləşən 79, 87, 140, 208, 226, 232, 327 №li məktəblərin, Əmircan qəsəbəsində yerləşən 84, 85, 97, 114, 154 №li məktəblərin, 18 №-li  Uşaq-Gənclər  İdman  Məktəbinin, 48 №-li  Tərbiyə  işi  Mərkəzinin,  Yeni Suraxanı qəsəbəsində yerləşən89, 101, 316 №li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

       Səbail rayonu üzrə 51 №li məktəbdə keçiriləcək səyyar qəbula isə 2, 7, 50, 51, 162, 219 №li məktəblərin, 9 №-li Uşaq-Gənclər İdman  Məktəbi,20 №-li Uşaq Yaradıcılıq Mərkəzi və 35 №-li Texniki  Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

       Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

       Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.