17.10.2014

31 saylı məktəbdə Müstəqillik Günü qeyd edildi

     Bakı şəhəriYasamal rayonu31 saylı ortaməktəbdə 18 oktyabr- MüstəqillikGününə həsrolunantədbirkeçirilmişdir.

     Müstəqilliyimizin23 - cü ildönümü ilə bağlı 31 saylı məktəbinmüəllimlərivə şagirdləriilə birlikdə təşkiletdikləritədbirmaraqlı və yaddaqalanolmuşdur. Tədbirdə dövlətmüstəqilliyimizintarixinə nəzərsalınaraq, ölkəmizinəldə etdiyiuğurlarvurğulanmışdır.

     MəktəbindirektoruKərimAbidi"MüstəqillikGünü" ilə əlaqədarmüəllimvə şagirdkollektivinitəbrikedərəkxoş arzularını çatdırmış, müstəqillikəldə etdikdənsonraölkəmizinqazandığı uğurlar, nailiyyətlərhaqqında geniş məruzə ilə çıxış etmişdir.

     Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirdə iştirak edən şagirdlər söylədikləri şeirlər ilə vətənə olan sevgilərini bir daha nümayiş etdirmişlər.

     Tədbir məktəblilərin ifasında müstəqilliyə həsr olunan mahnılarla davam etmişdir.

     Sonda video-rolik vasitəsilə Azərbaycanın müstəqillik illərində qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər qonaqlara göstərilmişdir.