01.12.2014

Avropa birinciliyinin bürünc mükafatçısı

     Bakı şəhəri 8 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin yetirmələrinin nailiyyətləri artmaqda davam edir. Sözügedən idman məktəbinin yetirməsi Çobanlı Rasim Tofiq oğlu Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində 70 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək III yerin sahibi olub. Rasim ilk döyüşdə Çexiya, ikinci döyüşdə isə Belarusiya idmançısı üzərində qələbə qazanıb. Yarımfinalda Böyük Britaniya idmançısını məğlub edən Rasim vətənə bürünc medalla qayıdıb.

     Qeyd edək ki, Avropa birinciliyində 33 ölkənin 254 boksçusu öz gücünü sınayıb. Anapaya 13 nəfərlə yollanan komandamız 6 medal - 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Ümumi komanda hesabında isə Rusiya I, Ukrayna II, Azərbaycan III yeri tutub.