Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli, 1279 nömrəli əmrini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirlməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmri icra və rəhbərlik üçün qəbul edilsin (əlavə olunur);
2. Ümumi təhsil müəssisələrinin rəhbərləri:
- bu əmrin məzmununun pedaqoji kollektivə çatdırılmasını təmin etsinlər;
- əmrdə qeyd olunan istiqamətlər əsasında şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb icrasını təmin etsinlər;
- əmrin yerinə yetirilməsi vəziyyəti barədə 2015-ci ilin martında Təhsil İdarəsinə hesabat göndərsinlər.
3. Ümumi təhsil sektoru və Metodik Mərkəz (V.Qurbanov) əmrlə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin təmin olunması istiqamətində davamlı təşkilati işlər həyata keçirsin, təqdim edilən hesabatların təhlilini aparıb müvafiq təkliflər hazırlasın.
4. İnformasiya təminatı sektoru (D.Əhədova) və İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) əmrin ümumtəhsil müəssisələrinə çatdırılmasını, şagirdlərin mütaliəsi işinin təşkili ilə bağlı tədbirlərin KİV-lərdə işıqlandırılmasını və bu əmrin İdarənin internet saytında yerləşdirilməsini təmin etsinlər.
5. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova həvalə olunsun.
Nazir müavini, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdir səlahiyyətlərini
müvəqqəti icra edən Ceyhun Bayramov
6 yanvar2015-ci il
№03
http://edu.gov.az/view.php?lang=az&menu=81&id=9763