15.01.2015

Şahmat üzrə təsnifat turniri keçirilib

2 № - li Uşaq Gənclər Şahmat İdman Məktəbinin təşəbbüsü ilə 21 – 30 dekabr 2014 – cü il tarixdə yeniyetmələr arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat üzrə təsnifat turniri keçirilib.
156 yeniyetmə şahmatçının ( 27 nəfər qızlar) iştirak etdiyi yarış 5 qrupda İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilib.
Oğlanlar və qızlar arasında keçirilən bu yarışda 2 № - li UGŞİM – nin 141 nəfər yetirməsi iştirak edib. Onlarla yanaşı, 3 nəfər Respublika Şahmat Mərkəzinin yetirməsi , 2 nəfər 3 № - li UGŞM-nin yetirməsi , 3 nəfər Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının yetirməsi və 7 nəfər 236 № - li orta məktəbin şagirdləri iştirak ediblər. 
Turnirin nəticələrinə əsasən, 5 nəfər I yer, 5 nəfər II yer, 5 nəfər III yerə layiq görülüb, qalib gələn şahmatçılar kubok, medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Bundan başqa, turnirdə müxtəlif nominasiyalarda fərqlənən 11 nəfər yeniyetmə şahmatçıya da diplomlar və qiymətli hədiyyələr təqdim olunub. 
2 № - li Uşaq Gənclər Şahmat İdman Məktəbinin rəhbərliyi və məşqçi -müəllim heyəti məktəbin yeniyetmə və gənc şahmatçılarının bundan sonra da bütün turnirlərdə yüksək nəticələr əldə etmələrini öz qarşılarına məqsəd qoymuşlar.