19.01.2015

157 nömrəli məktəbdə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

157 nömrəli tam orta məktəbdə 16 yanvar 2015-ci il tarixdə 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, valideynlər və məktəbin şagidləri iştirak ediblər.

Mərasim açıq elan edildikdən sonra  xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanövladların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Giriş sözü ilə çıxış edən məktəbin 7 və 9-cusinif şagirdləri Sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərdən və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayətolduğundansöz açıblar. Tədbirdə məktəbin şagirdləri tərəfindən  şeirlərdeyilib, vətənpərvər musiqilər ifa edilib, foto və videolar nümayiş etdirilib.

Anım mərasimində valideynlər də çıxış edərək şagirdlərdə vətənə məhəbbət hissinin daha da qüvvətlənməsində, həqiqi vətənpərvərlik məzmununun onlara düzgün dərk etdirilməsində məktəbin böyük rolu olduğunu qeyd ediblər.

Sonda məktəbin direktoru G.Səttarova çıxış edərək 20 Yanvar faciəsinin acı nəticələrindən, şəhid olub əbədiyyətə qovuşan vətən övladlarının şücaətindən söz açıb. Məktəbliləri bu şanlı tarixi unutmamağa, həmişə qan yaddaşında həkk etməyə çağırıb.