21.01.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar yanvarın 23-də Nərimanov, Binəqədi və Səbail rayonlarında keçiriləcək. Nərimanov rayonu üzrə 82 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 37, 39, 45, 57, 82, 93, 116 (axşam), 178, 193, 193 (axşam), 212, 291 nömrəli məktəblərin və 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin, 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat Dama İdman Məktəbinin müəllim və valideynləri müraciət edə bilərlər.

Binəqədi rayonu üzrə 115 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə Rəsulzadə qəsəbəsində yerləşən 30, 99, 100, 115 nömrəli, 9-cu mikrorayonda yerləşən 144, 157, 267 nömrəli məktəblərin və 42 nömrəli Gənc Turistlərin və Diyarşünaslıq Mərkəzinin  müəllim və valideynləri müraciət edə bilərlər.

Səbail rayonu üzrə 236 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 49, 91, 203, 163, 236, 239, 329 nömrəli məktəblərin  müəllim və valideynləri müraciət edə bilərlər.

        Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

         Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.