18.02.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar fevralın  20 – si Yasamal və  Nəsimi rayonlarında keçiriləcək. Yasamal rayonu üzrə 13 nömrəli məktəbdə keçiriləcək  səyyar qəbula 13, 18, 20, 21, 31, 38, 52, 53, 60, 150, 153, 158, 161, 167, 173, 175, 176, 225, 286, 308 nömrəli məktəblər və 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər Tennis İdman Məktəbi, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman Məktəbi, 11 nömrəli Uşaq - Gənclər İdman Məktəbi, 24 nömrəli Uşaq - Gənclər Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri  müraciət edə bilərlər.

Nəsimi rayonu üzrə 46 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 1, 5-292, 8, 9, 14, 16, 19, 28, 35, 42, 44, 46, 54, 111, 133, 151, 159, 164, 211, 240, 247, 266, Texniki Humanitar Liseyi, 1nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat – Dama İdman Məktəbi, 6 nömrəli Uşaq – Gənclər Güləş İdman Məktəbi, 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq – Gənclər İdman Məktəbi, 25 nömrəli Uşaq – Gənclər Yaradıcılıq Mərkəzi, 34 nömrəli Texniki Yaradıcılıq Mərkəzi, 37 nömrəli Texniki Yaradıcılıq Mərkəzi və 46 nömrəli Məktəbdənkənar Tərbiyə işi Mərkəzinin  müəllim və valideynləri  müraciət edə bilərlər.         

Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

 Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.