25.02.2015

Yasamal və Nəsimi rayonlarında səyyar qəbullar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbul fevralın  20 – si Yasamal və  Nəsimi  rayonlarında keçirilmişdir. Yasamal rayonu üzrə 13 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda 13, 18, 20, 21, 31, 38, 52, 53, 60, 150, 153, 158, 161, 167, 173, 175, 176, 225, 286, 308 nömrəli məktəblər və 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər Tennis İdman Məktəbi, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər İdman Məktəbi, 11 nömrəli Uşaq Gənclər İdman Məktəbi, 24 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.

 Nəsimi rayonu üzrə 46 nömrəli məktəbdə keçirilmiş səyyar qəbulda isə 1, 5-292, Şahmat İdman Məktəbi, 9 nömrəli Uşaq Gənclər İdman Məktəbi, 20 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və 35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin  müraciətləri dinlənilmişdir.        

 Səyyar qəbul saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam etmişdir. Yasamal rayonu üzrə 8, Nəsimi rayonu üzrə isə 23 müraciət dinlənilmişdir.

 Əsas müraciətlər əlavə korpusların tikilməsi, mühafizə sistemi, bufetlərdə isti yeməklərin verilməsi, və məktəblərin təmir edilməsi ilə bağlı olmuşdur.Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.