11.03.2015

Qılıncoynatma üzrə beynəlxalq yarış keçirilib

Qılıncoynatma idman növü üzrə Rusiya Federasiyasının Pyatiqorsk şəhərində beynəlxalq yarış keçirilmişdir. Yarışda Azərbaycan, Ukrayna, Rusiya, Gürcüstan, Türkiyə və Moldova ölkələrini təmsil edən idmançılar iştirak etmişdir. 
Yarışda böyük yaş qrupu üzrə 16-17 yaşlarında 54 oğlan iştirakçı və 61 qız iştirakçı, kiçik yaş qrupu üzrə 10-15 yaşlarında 66 oğlan iştirakçı və 83 qız iştirakçı özlərini sınamışdır.
 Beynəlxalq yarışda Azərbaycanın İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası ikinci yerə layiq görülmüşdür.