02.04.2015

Solğun çiçəklər

Aprelin 2-də Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbdə dahi dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyni adlı tamaşanın hazırlıq mərhələsinə baxış keçirilmişdir.

Tamaşada məktəbin 6, 8, və 10-cu sinif şagirdləri iştirak etmişlər. Tamaşanın quruluşçu rejissoru, məktəbin müəllimi Səfurə Rəhimovanın səyi nəticəsində şagirdlər tamaşaya hazırlaşır, öz istedadlarını səhnədə nümayiş etdirəcəkləri günü səbrsizliklə gözləyirlər.
Qeyd edək ki, tamaşanın nümayişi may ayının ilk həftəsində nəzərdə tutulmuşdur.

Tamaşanın hazırlanmasında əsas məqsəd məktəbdə istedadlı şagirdlərin üzə çıxarılması, onlarda mütaliə vərdişlərinin formalaşdırılmasıdır.