17.04.2015

Zərifə xanım Əliyevanın anım günü

Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvləri aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü ilə bağlı  Fəxri Xiyabanı ziyarət etmişlər. Dərnək üzvlərinə yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə xanım  Əliyevanın həyat və elmi fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Fəxri Xiyabanda iki qonşu məzardan birində dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri, Azərbaycana, bütöv türk dünyasına ucalıq gətirən Heydər Əliyev, digərində isə bütün ömrü boyu öz həyat yoldaşına mənəvi dayaq olmuş əsl insan, gözəl alim və müqəddəs ana - Zərifə xanım Əliyevanın məzarı yerləşir. Dərnək üzvləri onların məzarları üstünə güllər düzmüş, xatirələri yad edilmişdir.