17.04.2015

“Beynəlxalq Mədəniyyət günü”nə həsr olunmuş tədbir

15 aprel 1935-ci ildə Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi, qorunması haqqında”  müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən həmin gündən 15 aprel  Beynəlxalq  Mədəniyyət günü kimi  qeyd olunur. 

29 nömrəli Uşaq yaradıcılıq Mərkəzi Vaqif  Mustafayev adına mədəniyyət məktəbinin kiçik akt zalında aprelin 15-də Beynəlxalq Mədəniyyət günü qeyd edilmişdir.

Tədirdə Mədəniyyət evinin direktoru, Pirallahı rayon İcra Hakimiyətinin məsul işçiləri, Musiqi məktəbinin gənc müəllimləri və Bədii qiraət və Dram, Uşaq xalq rəqsləri  dərnəyinin üzvləri iştirak etmişlər.

Tədbiri mədəniyyət işçiləri açıq elan edərək Azərbaycan xalqının mədəniyyət tarixindən məlumat vermişlər.

Çıxışlardan sonra Mərkəzin İnformatika dərnəyinin Beynəlxalq Mədəniyyət günü ilə bağlı hazırladıqları Azərbaycanın kino tarixini və mədəniyyət abidələrini əhatə edən videoçarxlar nümayiş etdirilmişdir.

Videoçarxların nümayişindən sonra Uşaq xalq rəqsləri dərnəyinin üzvləri çıxış etmişdir.