20.04.2015

Respublika fənn olimpiadalarının final mərhələsi

-Təhsil Nazirliyi Bakı və Sumqayıt şəhərində beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradıb. Hər iki mərkəzdə ümumi fənlər üzrə 100-dən çox şagird olimpiadaya hazırlıq məşqlərində iştirak edir.

- Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha ciddi nailiyyət əldə etməsi, daha çox medalların qazanılması üçün müxtəlif tədbirlərin görülməsi planlaşdırılır. 

- Mayın ilk həftələrində riyaziyyat və fizika olimpiadaçılarımız beynəlxalq olimpiadalardan əvvəl keçirilən müxtəlif regional olimpiadalarda iştirak edəcəklər.

- Təhsil nazirinin əmri ilə 11 nəfərdən ibarət olan komanda - 6 şagird riyaziyyat, 5 şagird fizika fənnindən olmaqla, Balkan riyaziyyat olimpiadası və Asiya fizika olimpiadasında iştirak edəcəklər.

- Olimpiadalardan geri qayıtdıqdan sonra həmin şagirdlər üçün Azərbaycanda olimpiada işləri ilə məşğul olan mütəxəssislərin iştirakı ilə olimpiadaçıların yay məktəblərinin təşkili nəzərdə tutulur”.