21.04.2015

Bu həftəki səyyar qəbulların yeri və tarixi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.

Qeyd edək ki, növbəti səyyar qəbullar aprelin 24 –ü Nizami və Sabunçu, aprelin 25–i isə Xətai rayonunda keçiriləcək. Nizami rayonu üzrə 328 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula10, 12, 32, 61, 62, 70, 109, 129, 145, 201, 210, 214, 220, 227, 229, 238, 242, 250, 251, 272, 277, 312, 328nömrəli məktəblər və 36 Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Sabunçu rayonu üzrə 307 nömrəli məktəbdə  keçiriləcək səyyar qəbula 4, 22, 67, 68, 69, 71, 72, 74, 75, 78, 80, 81, 90, 94, 96, 107, 108, 112, 113, 128, 130, 137, 142, 148, 155, 169, 170, 187, 188, 192, 198, 209, 213, 215, 252, 255, 259, 271, 293, 295, 296, 305, 307, 309, 310,  311 nömrəli məktəblər və 17 nömrəli Uşaq – Gənclər İdman Məktəbi, 30 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 31 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 39 nömrəli Texniki Yaradıcılıq Mərkəzi və 47 nömrəli Məktəbdənkənar iş Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Xətai rayonu üzrə 261 nömrəli məktəbdə  keçiriləcək səyyar qəbula isə 17, 24, 25, 27, 29, 48, 55, 56, 58, 59, 63, 64, 86, 95, 98,116, 138,147, 165, 171, 191, 194, 204, 221, 245, 249, 254, 257, 260, 261, 263, 264, 265, 269, 287 nömrəli məktəblər və 15 Uşaq – Gənclər İdman Məktəbi, 22 nömrəli Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 13:00 – da Nizami rayonu, 10:00 – da isə Sabunçu və Xətai rayonlarında  başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.