23.04.2015

Hərbi hissəyə ekskursiya

246 nömrəli məktəb-liseyin rəhbərliyi tərəfindən X-XI sinif şagirdlərinin hərbi xidmət həyatı ilə yaxından tanış olmaları məqsədilə aprelin 14-də Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi hissəsinə ekskursiyası təşkil edilmişdir.Ekskursiya zamanı şagirdlər zabit və əsgər heyəti ilə görüşmüş,hərbi hissədə şəxsi heyət üçün yaradılmış təlim, tədris və məişət şəraiti ilə tanış olmuş, əsgərlərlə birlikdə yeməkxanada nahar etmişlər.

Bundan əlavə,onlar Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən “Heydər ƏliyevMuzeyi” ni də ziyarət etmişlər. Şagirdlər hərbi hissədən xoş təəssüratlarlaayrılmış, əsgər həyatının necə maraqlı, şərəfli olduğunu dərk etmiş və gələcəkdə vətənə layiqli əsgər olacaqlarına söz vermişlər.