27.04.2015

5 nömrəli məktəbdə “Fənn Gecələri Aylığı” başladı

 

Biologiya üzrə tədris kursu bitki, heyvan, insan və ümumi biologiya bölmələrini qarşılıqlı əlaqədə əks etdirən vahid sistemdir. Bu fənnin köməyi ilə şagirdlər canlı orqanizmlərin və bütövlüklə həyatın mahiyyətini əks etdirən bioloji anlayışları və qanunauyğunluqları öyrənirlər. O cümlədən, şagirdlər əhatə olunduqları canlı və cansız aləm, cəmiyyətdə və təbiətdə baş verən hadisələr haqqında tam məlumatı bu fənnin köməyi ilə əldə edirlər.

Bildiyimiz kimi, fənn gecəsi təhsilin keyfiyyətinin yüksəldilməsində fənn müəllimlərini tədris prossesində yaradıcı fəaliyyətə təşviq etməkdə, qabaqcıl təcrübənin nümayişi və təbliğində mühüm rol oynayır. Bu imkanları nəzərə alaraq Bakı şəhəri 5 №li tam orta məktəbdə tədris ilinin başa çatması ilə əlaqədar tədris prossesinin yekunu kimi aprelin 25-dən mayın 25-dək  məktəb üzrə  “Fənn Gecələri Aylığı”na start verilmişdir.

Bu baxımdan aprelin 23-də 7-ci siniflər üzrə “Təbiət və biz” adlı Biologiya fənn gecəsi keçirilmişdir.

Gecəni məktəbin direktoru N.M.Gündüzlü açaraq qeyd etdi ki, fənn gecələri  sinifdənxaric tədbirlə  tədris prossesinin birgə əlaqəsidir və belə fənn gecələri

şagirdlərdə ətraf mühitin qorunmasına və tədris prossesinə canlı maraq oyadır, onların düşünmə qabiliyyətini, yaddaşını, diqqətini inkişaf etdirir, doğma vətənimizin  zəngin flora və faunasını onlara öyrədir.

Fənn gecələrini həmçinin,  başlanmış tədris prossesinin  yekunu kimi də qəbul etmək olar.

Tədbirdə şagirdlər ətraf mühitlə bağlı rollu oyunlar vasitəsilə tədbir iştirakçılarına geniş məlumatlar vermiş, Azərbaycanın görkəmli şair və bəstəkarlarının təbiət mövzusunda yazdıqları şeir və mahnılarından parçaları sevə-sevə nümayiş etdirmişlər.

Şagirdlərin İnformasiya və Komunikasiya Texnologiya bacarıqlarından istifadə etməsi tədbirin effektivliyini artıraraq onu daha da maraqlı etmişdir.

Gecədə iştirak edən Biologiya müəllimləri İ.Əliyeva, R.Bağırova, K.Quliyeva, V.Kərimova, Z.Həsənova,S.Mehbalıyeva, kitabxana müdiri K.Məmmədova  və valideynlərin fikrincə belə fənn gecələri şagirdlərdə fənnlərə marağı daha da artırır.