27.04.2015

“NARKOMANİYAYA QARŞI MÜBARİZƏ, NARKOMANİYAYA YOX DEYƏK!”

 

Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən xəstəliklərindən biri də narkomaniyadır. İllər boyu insanlar bu xəstəliyə qarşı mübarizə aparırlar.

47 nömrəli məktəb də hər il bu məsələ barədə inşa müsabiqələri və tədbirlər keçirir. Ənənəyə çevrilən tədbirlərin davamı olaraq aprel ayının 21-i 47 nömrəli məktəbdə  “Narkmaniyaya qarşı mübarizə, narkomaniyaya yox deyək!” başlığı altında tədbir keçirilib. Tədbirdə 47№-li tam orta məktəbin hərbi müəllimi Faiq Manafov bir ümumi ad altında adlandırılmış narkomanların zaman içində heç bir mənəvi dəyərlərinin olmamasına gətirib çıxaran sonu tezliklə ölümlə nəticələnən aludəçiliyinin təhlükəsinin ciddiliyi barədə şagirdlərə geniş şəkildə məlumat verib.                    

Tədbirdə narkomaniyaya aid videoçarx nümayiş etdirilib. Filmdə narkotik maddələrin insan həyatına vurduğu ziyanlar, xəstələrin necə ağır vəziyyətlərə düşməsi, narkotik maddə istifadəçilərinin etdikləri əməllərdən peşmançılıqları və etirafları yer alıb.

Məktəbin direktoru Aytən Bağırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə, tərbiyə işləri üzrə direktor müavini Abuşova Rübabə,məktəbin psixoloqu Abbasova Günay çıxış edərək narkomaniyanın insan həyatına vurduğu dağıdıcı ziyandan söz açıblar.