06.05.2015

7 nömrəli məktəbdə Bəxtiyar Vahabzadə anılıb

 

Bu il möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə böyük şairimiz Bəhtiyar Vahabzadənin  90 illiyi dövlət miqyasında qeyd olunur. Bu məqsədlə Səbail rayonu M.Rahim adına  7 nömrəlitam orta məktəbdə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibəti ilə tədbir keçirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qurbanova Kifayətin rəhbərliyi ilə həm rus bölməsinin 8-cisinif şagirdləri, həm də Azərbaycan bölməsinin 7-ci sagirdləri bu tədbirdə  böyük həvəslə iştirak  ediblər.

Tədbirdən sonra məktəbin 7-ci və  8-ci sinif şagirdəri dahi şairin Fəxri xiyabandakı  məzarını böyük ehtiramla ziyarət ediblər.

Şagirdlər  şairin məzarı başında onun şeirlərindən nümunələr söyləyib, məzarı üstünə tər güllər düzüblər.