06.05.2015

Nizami rayonunun məktəbləri arasında mini-futbol yarışı keçirilib

 

Müstəqil Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakının Nizami rayonunun məktəbləri arasında keçirilən mini-futbol turniri mayın 4-də başa çatıb.

Rayondakı 23 ümumtəhsil məktəbinin komandalarının mübarizə apardığı turnirin finalında 328 və 220 nömrəli məktəblərin komandaları qarşılaşıblar.

Beləliklə, turnirdə 328 nömrəli tam orta məktəbin komandası 1-ci, 220 nömrəli tam orta məktəb komandası 2-ci yer, 32 nömrəli tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülüb.

Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin müavinləri, millət vəkili, Nizami rayon YAP təşkilatının sədri Sədaqət Vəliyeva, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev və digər qonaqlar iştirak ediblər.

Qalib komandalara kubok, medal və fəxri fərmanlar verilib.